AVAX P56 Paslanmaz Polad Tam Boy Turniket
Gövdə: 304 paslanmaz poladdan hazırlanmışdır.
Enerji Xüsusiyyətləri: 100–240 V AC enerji ilə işləyir.
Güc Sərfiyyatı: 60 watt güc sərfiyyatına malikdir.
İşləmə Temperaturu: –30°C ilə +80°C arasında problemsiz işləyə bilir.
Turniket Ölçüləri: 1400 mm × 1200 mm × 2200 mm
Qurulmuş Ağırlıq: 160 kq
Turniket Sistemi: Mikroprosessor idarəetməsi ilə iki istiqamətli işləyir. Eyni anda yalnız bir şəxsin keçidinə icazə verir. Keçid sonrası məlumat çıxışı mövcuddur. Bu məlumat həm rəqəmsal şəkildə, həm də birbaşa kompüterə ötürülə bilər. Elektrik kəsildiyi halda avtomatik olaraq sərbəst keçid rejiminə keçir.
Nəzarət Sistemi: Keçid nəzarət paneli və digər periferiya cihazları ilə asan inteqrasiya olunur. Tək bir kompüter vasitəsilə 256 turniketi idarə etmək mümkündür. Keçidi tetiklemek üçün 3–50 V DC impuls, quru kontakt, CMOS, TTL və ya RS232/RS422/RS485 vasitəsilə birbaşa kompüterdən idarə oluna bilər.
Təcili Hallar Rejimi: Yanğın, zəlzələ və digər fövqəladə hallarda təhlükəsizlik sisteminə bağlanaraq avtomatik sərbəst keçid rejiminə keçir.
Göstərici: Üç işıqlı göstəriciyə malikdir. Turniket keçid üçün hazır olduqda yaşıl ox yanıb-sönür. Keçid icazəsi verildikdə yaşıl ox davamlı yanır. Keçid edildiyi anda isə əks tərəfin bağlı olduğunu göstərən qırmızı “X” işarəsi yanır.
Xüsusi Dizayn: Sakit və yumşaq keçid imkanı təmin edən xüsusi və dekorativ dizayna malikdir.
Zəmanət: 2 il zəmanət.









