PERKOTEK C90 GLAZED SWING GATE
Korpus: Xarici mühitə davamlı AISI 304 keyfiyyətli paslanmayan polad.
Qol: 2 mm plexy materialdan hazırlanmışdır.
İş prinsipi:
Hər iki istiqamətdə mühərriklə işləyir. Açılma və bağlanma zamanı hər hansı maneə ilə qarşılaşdıqda qol geri qayıdaraq keçidi açır. Avtomatik bağlanma aktivdirsə, taymer işə düşür və açılma/bağlanma prosesi davam edir.
Əgər qol bu prosesi beş dəfə təkrarlasa və “açıq” və ya “bağlı” vəziyyətinə qayıda bilməsə, sistem səsli xəbərdarlıq verir və fövqəladə rejimə keçir.
Fövqəladə rejim:
Elektrik kəsildikdə sərbəst keçid təmin olunur.
Yanğın, panika və digər fövqəladə hallarda təhlükəsizlik panellərinə qoşularaq işləyir. Bu qurğulardan gələn kontakt və ya kabel kəsilərsə, turniket avtomatik olaraq sərbəst keçid rejiminə keçir.
Fövqəladə rejimdə qolun hansı istiqamətdə açılacağı idarəetmə kartı üzərində seçilə bilər.
Qidalanma: 220 VAC, 60 Hz
İşləmə temperaturu: -15°C / +60°C
Keçid sürəti: Mühərrikin sürəti idarəetmə kartında 1,5 – 2,5 saniyə arasında tənzimlənə bilər.
Keçid eni: 90 sm (80 sm qol + 10 sm boşluq)
Çəki: Təxminən 22 kq
İstifadə sahəsi: Daxili və xarici məkanlar üçün uyğundur.









