LifeGuard şirkəti Sizin təhlükəsizliyinizi düşünərək təqdim edir:
Nəzarət Kameraları və DVR: Bu kameraların köməyi ilə Siz istədiyiniz əraziyə, obyektə, evə nəzarət edə bilərsiniz. DVR-ın köməyi ilə isə görüntüləri uzun müddət (bir yaxud bir neçə ay) yadda saxlaya bilərsiniz. Siz həm də bu görüntüləri dünyanın istənilən nöqtəsindən internet vasitəsi ilə izləyə bilərsiniz.
Domofonlar: Domofonlarımız Sizə qapınızın zəngini basan şəxslə görüntülü və səsli əlaqə yaratmağa imkan verəcək. Siz qapınızı içəridən aça biləcək, evdə olmadığınız vaxt kimlərin gəldiyini domofonun yaddaşından görə biləcəksiniz.

Alarm Sistemləri: Hərəkətə həssas sistemlər Sizin təhlükəsizliyinizi qoruyacaq. Təhlükə anında eyni vaxtda 5 nömrəyə həyəcan zəngi gələcəkdir.
Turniket və Şlaqbaum: Giriş-çıxışın məhdudlaşdırılması üçün.
Bollard və Individual Şlaqbaum: Ərazinin girişini və çıxışını idarə etmək üçün.
Yerüstü Tikan və Parking Sistemləri: Ərazinin təhlükəsizliyini və giriş-çıxışını məhdudlaşdırmaq üçün.
Biometrika: Kart, barmaq izi və üzlə tanıma keçid sistemləri. Giriş-çıxış saatlarının qeydə alınması. İD kart, HİD kart, Mifare kart və s. Kartlar üzərinə çap işi.

X-Ray və Metaldetektorlar: Təhlükəsizlik üçün yüksək keyfiyyətli avadanlıqlar.
Maşın Altına Nəzarət Güzgüsü: Maşınların altında gizlənən təhlükəli əşyaları aşkar etmək üçün.
Q-Matic Növbə Aparatları və Printerlər: Çap üçün printer apparatı və printerlər üçün ribbon.
Bütün Təhlükəsizlik və Nəzarət Sistemlərinin Satışı və Quraşdırılması: Bütün məhsullarımıza 1 il zəmanət veririk. Zəmanət müddəti ərzində texniki servisimiz pulsuzdur. Azərbaycanın bütün bölgələrində xidmət göstəririk.
